Ölkə futbolu
“Araz-Naxçıvan” və 3 divizion klubu
Naxçıvanda keçiriləcək Heydər Əliyev kubokunun işt…
Naxçıvanda keçiriləcək Heydər Əliyev kubokunun iştirakçılarının kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, yarışda 4 komanda iştirak edəcək. Bunlar “Mil-Muğan”, “Zaqatala”, MOİK və “Araz-Naxçıvan”dı.
Əvvəldən nəzərdə tutulduğu kimi, püşkatma mərasimi mayın 25-də keçiriləcək. Turnirə 26, 28, 30 may tarixlərindəki oyunlarla yekun vurulacaq. Dairvəvi sistemlə bütün komandalar bir-birlərinə qarşı çıxış edəcək. Bütün görüşlər Naxçıvan şəhər stadionunda oynanılacaq. Son matçdan əvvəl isə təntənəli qapanış mərasimi, sonra isə mükafatlandırma mərasimi olacaq.
Turnirdə əvvəlcədən qonşu ölkələrin komandalarının da iştirakı gözlənilsə də, bu, müəyyən səbəblərdən baş tutmayacaq. Səbələr aşıqlanmasa da, “Futbolinfo” bu barədə xeyli öncədən xəbər vermişdi. Təşkilatçıların səriştəsizliyi üzündən dəvətlər vaxtında göndərilməmiş, komandalarla danışıqlar yubanmışdı. Buna görə də yarış sıradan bir turnir olacaq.