Ölkə futbolu
Meneceri Zenyovdan danışdı
“Qəbələ”nin Sergey Zenyovu növbəti mövsü…
“Qəbələ”nin Sergey Zenyovu növbəti mövsümdə heyətində görmək istəməməyi haqda heç bir məlumatım yoxdu. Mətbuatda yazılanlara gəlincə, yəqin jurnalistlər agentlərdən daha məlumatlıdı” – bu sözləri son iki mövsümdə “Qəbələ”də çıxış edən Estoniya millisinin futbolçusu Sergey Zenyovun agenti Andrey Stepanov deyib.
Futbolçu kimi ölkəsinin yığmasındakı çıxışları ilə tanınan, bir sıra klublarda, o cümlədən Azərbaycanda “Neftçi”nin heyətində forma geyinən Stepanov Sergeyin “Qəbələ”dən ayrılması xəbərinə münasibət bildirib: “Əgər Sergey “Qəbələ”dən ayrılsa, təklifləri nəzərdən keçirəcəyik. Müxtəlif ölkələrdən ona maraq var. Yəqin ki, yaxın həftələr ərzində gələcəklə bağlı qərar verərik. Skandinaviya, həmçinin Cənubi və Mərkəzi Avropa klubları ilə danışıqlar da olub. Amma indiki duruma əsasən deyə bilərəm ki, Zenyovun karyerasını Azərbaycanda davam etdirməsi istisna deyil”.
Qeyd edək ki, 2015-ci ilin yayında “Qəbələ”yə keçən estoniyalı Premyer Liqada keçirdiyi 47 oyunda 8 qol vurub.