Ölkə futbolu
“İnter” Spalettiyə tapşırıldı
Milan “İnter”ində yeni baş məşqçinin adına ay…
Milan “İnter”ində yeni baş məşqçinin adına aydınlıq gəlib. “Neradzurra” Luçiano Spelletti ilə anlaşıb.
İtaliya nəhəngi “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə maraqlansa da, Madriddə qalacağını bildirən argentinalı bu təklifi qəbul etməmişdi. Bundan sonra “Roma”dan ayrılacağını açıqlayan Spalletti ilə danışıqlar aparan yeni rəhbərlik onun razılığını ala bilib.
Tərəflər arasında ilkin anlaşmaya görə, 58 yaşlı mütəxəssis gələn həftə 3 illik müqaviləyə qol çəkəcək. Onun burdakı illik məvacibi 4 milyon avro olacaq.