Ölkə futbolu
Kubok İngiltərəyə, "Mançester Yunayted" Çempionlar Liqasına – YENİLƏNİB
Avropa Liqasının qalibi müəyyənləşib. Həlledici final mat&…
Avropa Liqasının qalibi müəyyənləşib. Həlledici final matçında “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib.
Hər iki komanda kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq arzusundaydı. Xüsusilə ingilislər üçün bu, vacib idi. Amsterdam klubu istənilən halda buna nail olmuşdu. Premyer Liqada 6-cı olan "qırmızılar" isə bu tituldan daha çox ÇL-ə vəsiqəyə ehtiyac duyurdu.
Bu görüş “Ayaks” və “Mançester Yunayted” arasında 5-ci duel idi. Hər komandanın iki qələbə qazandığı 4 matçda “Mançester Yunayted” iki dəfə mərhələ adlamışdı. Onlar bu dəfə də üstün olub, kuboku başı üzərinə qaldıra bildi.
Avropa Liqası, final
“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) 0:2
Qollar: Poqba, 18. Mxitaryan, 48.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Matey Yuq, Slavko Vinçiç, Tomaş Klançnik (hamısı Sloveniya); dördüncü hakim: Canluka Roççi (İtaliya).
Stokholm. “Frends Park” stadionu.