Ölkə futbolu
Nazarov hara gedir?
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov k…
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov komandasını dəyişə bilər. Almaniya mətbuatına inansaq, “Aue” klubunun formasını geyinən təcrübəli futbolçu bu ölkədən bir neçə təklif alıb.
Nazarovla yanaşı, yarımmüdafiəçi Mario Kvesiç və hücumçu Paskal Köpke də “Aue”ni tərk etməlidi. Lakin II Bundesliqa klubunun prezidenti Helqe Leonhardt millimizin üzvünü satmağı düşünmədiklərini söyləyib. O, adıçəkilən hər üç oyunçunun müqaviləsinin davam etdiyini əlavə edib: “Bu xəbəri təsdiq edə bilmərəm. Çünki hər hansı bir təklif almamışıq. Üstəlik, onların hər birinin müqaviləsi davam edir və anlaşmada yer alan transfer haqqı var. Masa üzərində isə hansısa bir klubun təklifi yoxdu”.
Qeyd edək ki, Dmitri Nazarov “Aue”yə ötən ilin yayında “Karlsrue”dən keçib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə