Bizi izləyin

Ölkə futbolu

Qabıq dəyişən “Sumqayıt” nə vəd edir?

Topaz Premyer Liqasında mübarizə aparacaq klublar yeni möv…

blank
Topaz Premyer Liqasında mübarizə aparacaq klublar yeni mövsüm üçün heyətini gücləndirməyə çalışır. Hamı imkanına uyğun transferlər edib, boşluqları doldurur.
 
Son mövsümdə tarixinin ən yaxşı nəticəsini qazanan “Sumqayıt” da işə həvəslə girişib. “Gənclik şəhəri” təmsilçisi 8 komandanın mübarizə aparacağı yarışda ən azı Avropa Liqasına vəsiqə iddiasındadı. Bu il hədəfinin bir addımlığında olan komanda xeyli ümidlənib. Son anda əsas rəqiblərindən geri qalan “Sumqayıt” bu dəfə daha döyüşkən heyətlə buna nail olmaq istəyir.
 
Premyer Liqada iştirakçı sayının az olması avrokuboklara vəsiqə qazanmağın daha real olduğunu göstərir. Lakin iş ondadı ki, ilk “dördlüy”ə düşmək üçün ən azı əsas rəqiblərindən güclü olmalısan. “Qarabağ” və “Qəbələ”nin daimi favorit olduğunu nəzərə alsaq, “kimyaşılar” əsasən digər komandalardan üstün olmalıdı. “Neftçi”, “İnter”, “Zirə”, “Kəpəz” və debutant “Səbail”lə mübarizədə “Sumqayıt”ın şansı nə qədərdi?
 
9 futbolçu ilə vidalaşan “Sumqayıt” 6 yeni oyunçu ilə güclənib. Bu rəqəmlər tam dəqiq deyil. Çünki bəzilərinin transferi tam reallaşmayıb, icarədarlarla bağlı vəziyyətdə qeyri-müəyyənlik var, situasiya hər an dəyişə bilər. Amma istənilən halda, komandanın onurğasını təşkil edəcək heyət seçilib.
 
Ötən mövsüm ümidi doğruldan Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə düşərgədə saxlanılıb, müqaviləsi davam edən digər futbolçular da heyətdə qalır. Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev və Seymur Əsədovun lazımsız bilinməsi də anlaşılandı – onlar əsas heyətdə möhkəmlənməyi bacarmadılar. Düzdü, Məhəmməd Qurbanov əsas heyətin daimi üzvü idi. Lakin Samir Abasov ona daha çox məcburiyyətdən, alternativ olmadığından güvənirdi. İndi isə dağıstanlı futbolçu artıq adama çevrilib.
 
Bəs, “Sumqayıt” yeni gələnlərin sayəsində həqiqətən güclənibmi? Fərhad Vəliyev və Rail Məlikovun simasında qocaların sayının çox olduğu kollektivdə Abasovun istədiyi dinamikanı yaradacaq futbolçular varmı?
 
Rəhbərliyə AFFA tərəfindən legioner almaq qadağası qoyulub və bu, davam edir. Ona görə də heyət yalnız yerlilər hesabına gücləndirilməlidi. Ölkədə yerli oyunçu qıtlığının olduğunu, ən yaxşıların iddialı komandalara getdiyini nəzərə alsaq, bu, çox çətin olacaq. “Sumqayıt” faktiki, digərlərinə lazım olmayanlara güvənməyə məcburdu.  Onlardan kimsə qəfil parlamasa, ötən mövsümkündən daha yaxşı “Sumqayıt” görməyəcəyik.
 
“Kimyaçılar” ötən mövsüm bir neçə futbolçunu bu mövqedə sınasa da, sağ cinah müdafiəçisi baxımından çox axsadı. Arxa xəttdə ən zəif yer olan bu nöqtə komanda üçün “Axill dabanı” idi. İndi Abasov rahat nəfəs ala bilər – “Kəpəz”in kapitan sarğısından imtina edib, daha az maaşa bu komandaya gələn Tural Axundov boşluğu doldurmalıdı. Gəncə klubunda inamlı oynayan futbolçu həmin səviyyədə çıxış etsə, “Sumqayıt”ın qapısına yol tapmaq daha çətin olacaq.
 
Lakin o da var ki, Turalın çıxışında son vaxtlar ciddi eniş hiss olunurdu. Artıq çəkidən əziyyət çəkən müdafiəçi sağda bir o qədər effektli deyildi. Elə bu səbəbdən də Şahin Diniyev onu mərkəzə çəkmiş, sürətinin əvvəlki kimi olmamasını nəzərə alaraq, futbolçudan “qara iş” görmək üçün faydalanırdı.
 
“Sumqayıt”ın orta sahədə də ciddi problemləri var idi. Dayaq yarımmüdafiəçilərindən yarımayan Samir bəy AZAL-dan Kamal Mirzəyevi, “Kəpəz”dən Vüqar Bəybalayevi bunun üçün çağırıb. Kamalın əsas heyət oyunçusu olacağını deyə bilərik, Vüqar da “Sumqayıt”da kölgədə qalmaz.
 
Cavid İmamverdiyev sirli qutudu. İstedadlı oyunçu formada olsa, rejiminə diqqət etsə, “Sumqayıt”ın bütün hücumlarında baş rolda dayanacaq. Amma bunu bacarsaydı, “Neftçi” onu əldən buraxmazdı. Məhz işə qeyri-peşəkar münasibəti üzündən İmamverdiyev karyerasında geriyə addım atdı. Bu, onun üçün son şansdı – ya ağlını başına yığıb əsl futbol oynayacaq, ya da növbəti klubu divizion təmsilçisi olacaq. Abasov bunu Cavidə başa sala bilsə, uduşlu çıxacaq.
 
Eyni sözləri Rəşad Eyyubova da aid edə bilərik. Ən yaxşı futbolunu “Simurq”da oynamış bu futbolçu nə “Kəpəz”də, nə də “Qəbələ”də özünü doğrulda bildi. “Sumqayıt” onun özünü sübut etməsi üçün axırıncı imkandı. Amil Yunanovla rəqabətdə ehtiyatda qalacağı təqdirdə hətta qışda da ondan imtina edilməsi mümkündü. “Sumqayıt”ın avrokubok iddiası birbaşa Rəşadın məhsuldarlığından asılı olacaq.
 
Cavid Tağıyevin “Simqayıt”a keçidi həll olunmuş məsələ sayılırdı. Lakin bir neçə gün öncə “Zirə” bəyan etdi ki, müqaviləylə onlara məxsus olan futbolçunu havayı buraxmayacaqlar. “Kəpəz”in də istədiyi sol cinah yarımmüdafiəçisi sürətli əks-hücumları sevən “Sumqayıt”a məlhəm olardı, lakin klubun kimisə pul ödəyərək almaq imkanı yoxdu. Hələlik bu məsələ açıq qalır – Tağıyev gəlsə, “Gənclik şəhəri” təmsilçisinin hansısa iddiasından danışa biləcəyik, indiki halda isə komanda sadəcə, qabıq dəyişib.
 
Hər şey yalnız transfer olunan futbolçuların səviyyəsində deyil. Ümumi ab-hava da uğurda böyük rol oynayacaq. Abasov daha güclü klubdan gələnəri buxovlaya bilməsə, döyüşkən komanda yaratması çətin olacaq. Yeni heyət yalnız gənclərdən ibarət deyil, burada “baxça müəllimi” prinsipi keçməyəcək. Lakin alınsa, hər şey yaxşı getsə, “Sumqayıt” avrokuboklara vəsiqəyə həqiqi iddiaçı ola bilər.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm