Ölkə futbolu
“İnter” qardaşları yola saldı
Xaqani və Füzuli Məmmədov qardaşları “İnter”də…
Xaqani və Füzuli Məmmədov qardaşları “İnter”dən gedib. Müvafiq olaraq U-19 və əvəzedici komandaya rəhbərlik edən veteran futbolçularla müqavilənin müddəti artırılmayıb.
Xaqani Məmmədov vaxtilə futbolçu kimi də “İnter”də çıxış edib. O, komandanın ən yaxşı bombardirlərindən biri olub. İndi isə onu U-19-da Məqsəd Yaqubəliyev əvəz edəcək.
Füzuli bəy üçün də mövsümü uğursuz hesab etmək olar. “Rəvan”da, “Zirə”də uşaq komandaları ilə uğura nail olandan sonra “İnter”in əvəzedicilərinə təyinat alan Məmmədov burada istədiyinə nail ola bilmədi. “İnter”in əvvəlki rəhbərliyinin istəyi ilə paytaxt klubuna gələn sabiq müdafiəçinin işi qənaətbəxş olmadı. Onu kimin əvəz edəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə