Ölkə futbolu
“Darıxdırıcı final oldu”
"Futbolçularım finalda oynamağa öyrəşməyiblər. …
"Futbolçularım finalda oynamağa öyrəşməyiblər. Onlar bu matçdan çox şey öyrənəcəklər. Komandanın heyəti dəyişməsə, növbəti mövsüm daha güclü olacağıq" – bu sözləri "Ayaks"ın baş məşqçisi Peter Bos Avropa Liqasının finalında "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, "Mançester Yunayted"in zəfəri yaxşı futbol oynamayaraq qazandığını bildirib: "Rəqibə təzyiq göstərə bilərdik. Bu mövsüm azarkeşlərimizin bizdən razı qaldığını düşünürəm. Növbəti mövsüm daha yaxşı olacaq. Çox darıxdırıcı final oldu. İki komanda da qol epizodları yarada bilmirdi. "Mançester Yunayted" sadəcə, uzun toplarla oynadı, çox risk etmədi".