Ölkə futbolu
AFFA-dan yarım milyonluq mükafat
AFFA IV İslam Həmrəylik Oyunlarından iştirak edən və qızıl me…
AFFA IV İslam Həmrəylik Oyunlarından iştirak edən və qızıl medalların sahibi olan 23 yaşadək futbolçulardan ibarət milli komandamızı mükafatlandırıb. Qurum turnirin iştirakçısı olan hər bir futbolçuya 20 min manat mükafat verib.
Qeyd edək ki, sözügedən turnirdə millimizin heyətində 23 futbolçu yer alıb. Futbolçulara verilən məbləğ ümumilikdə 460 min manat edir. Məşqçilərin də mükafatını nəzərə alsaq, bu məbləğin 500 min manatı keçdiyini söyləyə bilərik (futbol11).