Ölkə futbolu
“Zirə”də 3+3
Azərbaycanı 2017/18 mövsümündə Avropa Liqasında tə…
Azərbaycanı 2017/18 mövsümündə Avropa Liqasında təmsil edəcək “Zirə” 3 əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb. Ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın saxlanılmasına qərar verilib.
Həmçinin, müqaviləsinin müddəti başa çatan Viktor İbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Krneta, həm də İbekoyi “qartallar”ın sıralarında ardıcıl 3-cü mövsümünü keçirəcək.
Bundan başqa, əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla 3 illik yeni müqavilə imzalanıb.