Dünya futbolu
Pavel Paşayev oynadı, komandası qalib gəldi
Futbol üzrə Ukrayna çempionatında 31-ci turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Zirka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Paşayev bu görüşün 80-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Stal" 31 turdan sonra 40 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar 2-ci pillədə qərarlaşıb.