Dünya futbolu
Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
Futbol üzrə İsveç çempionatında 11-ci turun oyun…
Futbol üzrə İsveç çempionatında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sundsval" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Start heyətdə meydana çıxan Emin sonadək oynayıb.
Qeyd edək ki, geridə qalan turlarda 8 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 14-cü pillədədi.