Dünya futbolu
"Sevilya" yeni baş məşqçi tapdı
İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi…
İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Eduardo Berisso çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, yeni baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Berisso ötən mövsüm "Selta"nı çalışdırıb. "Sevilya"nı isə geridə qalan mövsümdə Xorxe Sampaoli çalışdırırdı. O, Argentina yığmasına baş məşqçi təyin olunduqdan sonra "Sevilya" Berisso ilə anlaşmaq məcburiyyətində qaldı.