Ölkə futbolu
"Çitroya daha çox maraq göstərən klub "Qarabağ"dı"
"Qarabağ"ın müqavilə təklif etdiyi iddia edilən &q…
"Qarabağ"ın müqavilə təklif etdiyi iddia edilən "Trapani"nin hücumçusu Nikola Çitronun agenti Alberto Berqossi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, agent hücumçunun komandasından ayrılacağını söyləyib.
Belə olan halda Çitronun "Qarabağ"a gəlmək ehtimalı da artıb. 28 yaşlı oyunçu C Seriyasına yuvarlanan klubda qalmayacaq. Berqossi açıqlamasında Çitronun yeni müqavilə imzalamayacağını bəyan edib:
"Çitronun müqaviləsi iyunda başa çatacaq və azad agent statusu daşıyacaq. Komandanın aşağı liqaya düşməsindən sonra Çitronun "Trapani"ni tərk edəcəyi dəqiqdi, burda qalmayacaq. B Seriyasında çıxış edən bir neçə komanda Çitroya maraq göstərir. Ötən il "Spal", "Karpi", "Bari" və "Evellino" kimi klublarla danışıqlar aparmışam. Hazırda Çitro üçün daha çox maraq göstərən komanda Azərbaycanın "Qarabağ" klubudu. Bu yaxınlarda isə Çitro məndən Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" haqda geniş informasiya aldı".
Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Nikola Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı