Ölkə futbolu
AFFA-dan forma tənqidinə cavab: “Həm ucuzdu, həm də keyfiyyətli”
"Nike" firması millimiz üçün 3 forma hazı…
"Nike" firması millimiz üçün 3 forma hazırlayıb. Ev forması göy, səfər forması qırmızı, ehtiyat forma isə ağ rəngdə olacaq".
Futbolinfo.az xəbər verir ki, bunu qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. Millimizin yeni forması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əsas tənqidlərdən biri də yeni formanın Fransa yığmasının formasına bənzərliyi ilə bağlıdı.
Buna münasibət bildirən AFFA rəsmisi yeni formanın ucuz başa gəldiyi üçün ona əlavə elementlər artırılmadığını bildirib: "Hansısa eksklüziv dizayn olanda qiymət çox baha olur. Bu formanı bizə "Nike" təklif edib. Biz də razılaşmışıq. İstəyimiz o idi ki, həm ucuz, həm də keyfiyyətli forma əldə edək".
Bəs yeni formanın keyfiyyəti necədi?
M.Nərimanoğlunun sözlərinə görə, formaların keyfiyyəti də yaxşıdır: "Komandamız bu formalardan istifadə edəndə hamı keyfiyyətini görəcək. Formalar yoxlanıldıqdan sonra alınıb. Millimizin baş məşqçisi Robert Prosineçkiyə də göstərilib və o da bəyənib. Bu formalar həm qiymət tərəfdən sərfəlidir, həm də keyfiyyət".
M.Nərimanoğlu mövsümün ortasında forma dəyişməyin səbəbini də açıqlayıb: "Biz son mövsüm üçün "Umbro" firmasının formalarını almışdıq. Sadəcə, qənaət etdiyimiz üçün formalar artıq qalmışdı. Ona görə də DÇ-2018-in seçmə mərhələsinin bir neçə oyununu da "Umbro"nun forması ilə yola verdik".