Ölkə futbolu
AFFA rəhbərliyi UEFA-nın baş katibi ilə görüşüb
UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük iş…
UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük işgüzar səfərdədir. Futbolinfo.az AFFA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə AÇ-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.