Milli komanda
Millimizin oyununa 21 min bilet satılıb
Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun…
Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun 10-da keçiriləcək DÇ-2018-in seçmə mərhələ matçı üçün satışa çıxarılan biletlərin yarıdan çoxu satılıb. Futbolinfo.az xəbər AFFA-nın "Facebook"dakı rəsmi səhifəsinə istinadla xəbər verir ki, artıq 21000-dən çox bilet alınıb.
Biletlər "28 Mall", Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, "Bakcell" Sahil müştəri xidmətləri, "Bakcell Arena"nın kassalarında satılıb. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.
Qiymətlər VIP 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır.
Qeyd edək ki, millimiz Şimali İrlandiyanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Sözügedən oyun iyunun 10-da keçiriləcək və saat 20:00-da start götürəcək.