Ölkə futbolu
Gürcü hakimlər olmadı, yığmamız yenə uduzdu
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə U-21 y…
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə U-21 yığmamız bu gün növbəti yoldaşlıq oyunu keçirib. Komandamız bu dəfə də çexiyalı həmyaşıdları ilə üz-üzə gəlib.
Yaşar Vahabzadənin yetirmələri ilk hissəni 1:0 hesabıyla öndə başa vursalar da, üstünlüyü axıra qədər qoruyub bilməyib. Son dəqiqələrdə 2 qol vuran çexlər oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar.
Bu, komandamızın son günlərdə çexlərlə ikinci sınağı idi. 21 yaşlılarımız iyunun 5-də çex həmyaşıdlarına 0:5 hesabıyla uduzmuşdu.
Yəqin ki, Vahabzadə bu matçlarda gürcü hakimlərin yoxluğunu hiss edib. Axı, İslam oyunlarında onun yetirmələri çempion adını qazanmaq üçün qonşuların “xidmətindən” az yararlanmamışdı.
Azərbaycan – Çexiya 1:2
Qollar: Mahir Mədətov, 21 – Haşek, 84. Şevçik, 86.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə