Bizi izləyin

Ölkə futbolu

Başqasının artığı: AFFA niyə “Nike”ı “like” edib?

"Millinin yeni formaları həm ucuz, həm də keyfiyyətlidi&quot…

blank
"Millinin yeni formaları həm ucuz, həm də keyfiyyətlidi" – bu sözləri AFFA-da müraciət etdiyimiz hər kəs deyir. Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev də, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da, başqaları da.
 
Amma bir nəfər izah etmir ki, daha keyfiyyətli olan nəsnə qismən keyfiyyətsiz maldan necə ucuz ola bilər? Özü də “Umbro” ilə “Nike” hətta müqayisə belə oluna bilməz. Çünki “Nike” digər markadan 3-4 dəfə keyfiyyətli və bahadı.
 
AFFA bəyan edir ki, yeni formalar “Umbro”nun təqdim etdiyindən 11 faiz ucuz başa gəlir. Heç kim konkret qiymət açıqlamır, bu haqda sorğumuza da “kommersiya sirridi” deyib, cavab vermirlər. Əldə bayraq tutduqları bircə şüar var – daha ucuz, daha keyfiyyətli!
 
Bəri başdan yazım ki, şübhələriniz əsassızdı. Bu formalar heç də şayiələrin əsas mövzusu olduğu kimi, 3-cü növ mal deyil, nə də Türkiyə və ya Çində istehsal olunmayıb. Millimizə geyindiriləcək “Nike” həqiqətən brend maldı. Elədisə bu şirkət AFFA-nın nəyinə aşiq olub ki, dünyanın həsəd apardığı geyimlərini hətta “Umbro”dan da ucuz satmağa razı olub?
 
Kiçik bir araşdırma apardıq və səbəbi tapdıq.
 
Doğrusu, məlumatı AFFA-nın qəfil açıqlaması şübhələrimizə səbəb olmuşdu. Necə ola bilər ki, belə bir anlaşma hansısa tədbirlə, imzalanma mərasimi ilə təbliğ edilməsin. Assosiasiya həqiqətən də sözügedən şirkətlə əməkdaşlıq edəcəksə, bu, yüksək səviyyədə təşkil olunan imza mərasimi ilə elan edilməliydi. Amma AFFA yalnız öz saytı və “facebook” səhifəsi vasitəsi ilə xəbər yayıb, işi bitmiş saydı.
 
“Nike” tanınan firmadı və AFFA-yla yüngülvari anlaşmasını nüfuzuna xələl gətirəcək səviyyədə elan etməz. Ortada hansısa anlaşma, yüksək səviyyəli rəsmi müqavilə olmadığından, onlar sadəcə, malların qiymətində razılaşıb və pulunu alaraq, formaları təslim edib.
 
Bəs, AFFA-nın tələm-tələsik Şimali İrlandiya ilə oyuna çatdırdığı bu formaların özəlliyi nədir ki, onlar həm ucuz, həm də keyfiyyətlidi?
 
Tural Piriyev deyir ki, yeni formalar "Nike" şirkətinin buraxdığı eyni dəst-xəttə daxildir. O, formaya müəyyən element artırmağın əlavə vəsait tələb etdiyini bildirib: "Əvvəllər bütün ölkələr müxtəlif dizayn formasını seçirdilər. Amma indi dəyişiklik etmək əvvəlki kimi mümkün deyil. Müəyyən elementlərin artırılması əlavə xərc deməkdir. Bizim istəyimiz həm keyfiyyətli, həm də daha ucuz qiymətə forma seçmək idi ki, buna da nail olduq".
 
Mikayıl Nərimanoğlu da oxşar fikirlər səsləndirir:  "Hansısa eksklüziv dizayn olanda qiymət çox baha olur. Bu formanı bizə "Nike" təklif edib. Biz də razılaşmışıq. İstəyimiz o idi ki, həm ucuz, həm də keyfiyyətli forma əldə edək. Komandamız bu formalardan istifadə edəndə hamı keyfiyyətini görəcək. Formalar yoxlanıldıqdan sonra alınıb. Millimizin baş məşqçisi Robert Prosineçkiyə də göstərilib və o da bəyənib. Bu formalar həm qiymət tərəfdən sərfəlidir, həm də keyfiyyət".
 
Bəli, keyfiyyətə sözümüz yoxdu, onlar həqiqətən orijinal formalardı. Çünki milli komanda oyuncaq deyil, beynəlxalq arenaya çıxır, “Nike” üzərində emblemləri olan, lakin müqavilə bağlamadıqları geyimə görə AFFA-nı topa tutar. Onların gözü görə-görə hansısa Çin və ya Türkiyə istehsalı olan geyimlərdən istifadə etmək mümkünsüzdü. Bunu bəlkə də ölkədaxili yarışlarda etmək olar, ancaq beynəlxalq miqyaslı yarışlarda yox.
 
O ki qaldı sirri-xudaya, sadəcə, bütün geyimlər ikinci əldən alınmadı. Hansısa komanda, deyək ki, eyni dizayndan istifadə edən Fransa millisi bu formalardan həddindən artıq çox sfariş verib. Onlar evdə keçirdikləri Avropa çempionatı üçün sifariş verdikləri geyimlərin bir qismindən imtina edib. “Nike” bu sövdələşmədən – maddi anlamda və reklam baxımından – onsuz da kifayət qədər qazandığından imtina edilən formaları ehtiyatda saxlayıb. Və AFFA kimi müştərilərə gözdən çıxardığı malları eyni keyfiyyətdə, amma daha ucuz satıb.
 
Hər yeni müştəri fərqli dizayn, fərqli rənglər istəyir. AFFA isə təklif edilən istənilən rəng və dizaynla razılaşdığı üçün anlaşma çətin olmayıb. Fərqli dizayn qiymət artımına səbəb olur, xüsusi sifariş sayılır. Lakin bizimkilər kiloqramla paltar alanlar kimi, istənilən şərtlə razılaşıb. Beləcə həm qiymət, həm də keyfiyyət bizimkilər üçün əlverişli olub.
 
“Nike” də uduzmayıb – şirkət onsuz da imtina edilən bu mallara görə xərcini çıxarıb. İndi qaytarılan malları milli komandanın geyinməsi onlara əlavə reklam imkanları açır. Hətta ola bilsin, formalar açıqlanandan da ucuz qiymətə başa gəlib. Və AFFA-ya bu işdə vasitəçi olanlar öz qazanclarını da götürəndən sonra qiymət “Umbro” ilə müqayisədə 11 faiz ucuz başa gəlib.
 
Beləcə AFFA həm özünü, həm də “Nike”ı reklam etmək fürsətini qaçırmayıb. Başqalarının sifariş, sonradan artığından imtina etdiyi formaların üzərinə AFFA-nın loqosunu yapışdırmaqla “daha ucuz, daha keyfiyyətli” məhsul əldə ediblər.
 
İndi eyni üsulla AFFA-dan maliyyələşən bir çox klublar da geyindiriləcək. Bununla vasitəçilər əməlli-başlı varlanacaq, pulu buraxan SOCAR (yəni dövlət) aldadılacaq.
 
Milli komandaların oyunçularını bilmirəm, biz tərəflərdə başqasının geyimini əyninə keçirmək eyib sayılırdı. Hətta nimdaş, ucuz qiymətə aldığımız dəbsiz paltarlarımızı geyinər, kiminsə qarderobundan çıxarıb atdıqlarına baxmazdıq. Ölənlərin atılmaq üçün ayrılmış paltarları da adətən imkansızlara, səfillərə, yetimlərə paylanardı. Bax, bu situasiyada AFFA həmin yetimlər kimidi, ancaq bir fərq var – həm pul xərcləyir, həm də dilənçi payı ilə “mükafatlandırılır”.
 
İndi bilinizmi AFFA niyə “Nike”ı “like” edib (bəyənib)?
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-22 00:30

II Liqanın mükafatçıları medallarına qovuşdular – VİDEO

blank
Digər idman növləri2024-05-21 23:59

AÇ-də medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Ölkə futbolu2024-05-21 18:16

Bakıda təşkil olunacaq DÇ-2025-in təqdimat mərasimi keçirildi

blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Digər idman növləri2024-05-21 16:50

“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”

blank
Dünya futbolu2024-05-21 16:32

Tuhelin əvəzinə daha bir namizəd

blank
Digər idman növləri2024-05-21 16:15

Məhsuldarlığa görə MBA 1-ci, Avroliqa 9-cu oldu

blank
Ölkə futbolu2024-05-21 16:00

“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov

blank
Digər idman növləri2024-05-21 15:40

Azərbaycan tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

blank
Digər idman növləri2024-05-21 15:21

Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu

blank
Dünya futbolu2024-05-21 15:04

“Sevilya” məşqçisini dəyişəcək

blank
Dünya futbolu2024-05-21 14:49

Emeri İngiltərədə ilin məşqçisi seçildi

blank
Milli komanda2024-05-21 14:35

Millimizin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı

blank
Dünya futbolu2024-05-21 14:17

Potter yenidən “Brayton”da

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm