Dünya futbolu
"Milan"dan növbəti transfer
İtaliyanın "Milan" klubu heyətinə daha bir futbolç…
İtaliyanın "Milan" klubu heyətinə daha bir futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, İtaliya təmsilçisi Almaniyanın "Volvsburq" klubunun müdafiəçisi Rikardo Rodriqesi transfer edib.
Bu barədə Milanın eyni adlı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, İsveçrə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Milanlılar bu transfer üçün Almaniya klubuna 18 milyon avro ödəyəcək.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2012-ci ildən "Volfsburq"da çıxış edirdi. Rodriqes ötən mövsüm bu komandada 27 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.