Milli komanda
Azərbaycan millisi üçün rekorda imza atmaq şansı
Sabah milli komandamız DÇ-2018-in seçmə mərhələsi &…
Sabah milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu, yığmamızın adıçəkilən rəqibə qarşı 6-cı görüşü olacaq.
Bundan əvvəlki matçlarda rəqib 2, təmsilçimiz isə 1 qələbə qazanıb. Digər 2 görüşdə tərəflər sülhə razı olub. Elə topların fərqində də irlandların üstünlüyü var – 7:3. Bakıda keçirilən oyunların balansında isə yığmamız bu rəqibinə nəinki məğlub olub, qapısından top belə buraxmayıb:
09.10.2004. Azərbaycan – Ş.İrlandiya 0:0 (DÇSO-2006)
03.09.2005. Ş.İrlandiya – Azərbaycan 2:0 (DÇSO-2006)
14.11.2012. Ş.İrlandiya 1:1 Azərbaycan 1:1 (DÇSO-2014)
11.10.2013. Azərbaycan 2:0 Ş.İrlandiya (DÇSO-2014)
11.11.2016. Ş.İrlandiya 4:0 Azərbaycan (DÇSO-2018)
Yığmamız sabah bu rəqibini evdə üstələyə bilsə, özü üçün rekord müəyyənləşdirə bilər. Belə ki, əldə ediləcək uğur millimizin cari seçmə tsikldəki xallarının 10-a yüksəlməsinə səbəb olacaq. Bu isə yeni rekorddu. Daha əvvəl ən yaxşı nəticəmiz DÇSO-2014-də qazanılan 9 xal olub.
Qarşılaşma cari seçmə mərhələdə ümumilikdə 6, evdə isə 3-cü matç olacaq. Daha əvvəl evdə keçirilən 2 qaşılaşmada Norveçi üstələsək də (1:0), Almaniya ilə görüşdə darmadağından qaça bilməmişdik (1:4).