Milli komanda
"İstərdik ki, Lafferti Azərbaycanla oyunda meydanda olsun”
"Lafferti yüksək keyfiyyətlərə sahib futbolçudu. …
"Lafferti yüksək keyfiyyətlərə sahib futbolçudu. Amma az oynamaq onun xeyrinə deyil".
Futbolinfo.az xəbər verir ki, bu sözlər millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya millisinin baş məşqçşisi Maykl O`Nilə məxsusdu.
Yerli mətbuata açıqlama verən mütəxəssis "Norviç"dən ayrılacağı gözlənilən Kayl Lafferti haqda danışıb. 47 yaşlı mütəxəssis Şimali İrlandiya yığmasının hücumçusunun gələcək klubunda uğurla çıxış edəcəyinə əminliyini dilə gətirib. O bildirib ki, 29 yaşlı forvard gedəcəyi komandada özünü xoşbəxt hiss edəcəyi halda ehtimadı doğruldacaq: "Kayl üz tutacağı klubda özünü xoşbəxt hiss etsə, hər şey yaxşı olacaq. Son 3 il Lafferti üçün çətin olub. Düzdü, "Norviç"in heyətində bir neçə qol vursa da, bu, kifayət etmir. Onun karyerası "Birmingem” və "Rizəspor”da da alınmadı. Mövsümün ilk yarısında meydana çıxmırsınız və ikinci hissəsində icarəyə gedirsinizsə, bu, çox çətindi. Problemin əsasını bu amil təşkil edir. O, son iki mövsümdə ikinci dövrədə icarədə olub".
Britaniyalı baş məşqçinin fikrincə, Lafferti onu qiymətləndirəcək kluba keçməlidi. O, iyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri matçda 29 yaşlı hücumçunun xidmətindən yaralanmaq istəyir: "Lafferti onu həqiqətən istəyən komandaya keçsə, həmin klub üçün uğurlu transfer olacağına əminəm. O, hazırda arzuladığmız formada deyil. Lakin istərdik ki, Azərbaycanla oyunun hansısa bir hissəsində meydanda olsun”.
Qeyd edək ki, Şimali İrlandiya seçmə mərhələdəki növbəti oyununu sabah millimizə qarşı keçirəcək.