Dünya futbolu
Qurban Berdıyev yenidən "Rubin"də!
Rusiyanın "Rostov" klubundan ayrılan Qurban Berdıyevin &q…
Rusiyanın "Rostov" klubundan ayrılan Qurban Berdıyevin "Rubin"i çalışdıracağına dair ehtimallar özünü doğruldub. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin keçmiş komandasına qayıdışı ilə bağlı artıq Kazan təmsilçisinin rəsmi saytı da xəbər yayıb.
Türkmənistanlı mütəxəssislə hərtərəfli razılıq əldə olunduğu bildirilib. 64 yaşlı məşqçi "Rubin"də Xavyer Qrasiyanı əvəzləyib.
Xatırladaq ki, Berdıyev 2001-2013-cü illərdə də “Rubin”də çalışıb. Onun rəhbərliyi altında Kazan klubu 2 dəfə Rusiya çempionu, 2 dəfə superkubokun, 1 dəfə isə kubokun qalibi olub.