Dünya futbolu
Bundesliqa klubu baş məşqçisi ilə müqavilə yenilədi
Almaniyanın "Hoffenhamaym" klubu baş məşqçisi il?…
Almaniyanın "Hoffenhamaym" klubu baş məşqçisi ilə "nigah təzələyib". Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçi Yulian Naqelsmann ilə yeni müqavilə imzalayıb.
29 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2021-ci ilədək uzadılıb.
Qeyd edək ki, gənc məşqçi "Hoffenhaym"ı 2016-cı ildən çalışdırır. Onun rəhəbrliyi altında komanda mövsümü 4-cü pillədə başa vurub və Çempionlar Liqasında iştirak edəcək.