Ölkə futbolu
Vüqar Nadirov “Səbail”də
Azərbaycan yığmasının sabiq futbolçusu Vüqar Nadirov …
Azərbaycan yığmasının sabiq futbolçusu Vüqar Nadirov karyerasını “Səbail”də davam etdirəcək. Bu barədə komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.
Premyer Liqaya yeni vəsiqə qazanan klubun çalışdırıcısı bildirib ki, Nadirovla münasibətlər rəsmiləşdirilib: “Vüqarla anlaşdıq. Qarşıdakı 1 il ərzində “Səbail”in formasını geyinəcək. Kapitanlıq sarğısını ona həvalə edib-etməyəcəyimi hələ müəyyənləşdirməmişəm. Niyə də kapitan olmasın? Amma bu məsələni vaxtı çatanda müzakirə edəcəyik. Transfer fəaliyyətimizi bununla bitirmək fikrimiz yoxdu. Çempionatın startına qədər heyətimizə daha bir neçə oyunçu qatacağıq (apasport)”.
Gənc məşqçi söhbət əsnasında Azərbaycan yığmasının qapıçısı, hazırda klubsuz olan Kamran Ağayevlə danışıq aparmadıqlarını əlavə edib.
Qeyd edək ki, “Səbail”in müqavilə bağladığı Vüqar Nadirovun son klubu “Qarabağ” olub.