Ölkə futbolu
Miçel “Qarabağ”da qaldı
“Qarabağ” növbəti mövsüm üç&u…
“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Ağdamlılar sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb.
İspaniyalı yarımmüdafiəçi daha 2 il “Qarabağ”ın formasını geyinəcək. Dünən Bakıya gələn futbolçu bugündən məşqlərə qoşulacaq.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında komandamıza transfer olunub və Ağdam təmsilçisinin heyətində 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla (8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.
“Qarabağ” Miçelədə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalayıb.