Milli komanda
Qara Qarayev: "Şimali İrlandiya heç də üstün oynamadı"
"Ümumi götürsək, layiq olmadığımız bir məğl…
"Ümumi götürsək, layiq olmadığımız bir məğlubiyyətlə üzləşdik. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik. Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər".
Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya məğlubiyyətdən (0:1) sonra söyləyib.
Qarayev məğlubiyyəti belə şərh edib: “Qələbə üçün nə çatmadı? Hər şey çatışırdı. Sadəcə, qol vura bilmədik. Necə oldu ki, qol buraxdıq? Mənə heç nə aydın olmadı. Vurmasaq belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” klubu ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram. Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı. Şanssızlıq yaşadıq. Şimali İrlandiya heç də üstün oynamadı. Onlar hətta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi.
Baş məşqçimiz də futbolçu olub. Bu məğlubiyyəti normal qarşıladı. Futbolda olan şeylərdi. Növbəti oyunlarda belə olmaz. Bu kollektivlə, azarkeşlərlə gələcəkdə böyük işlər görəcəyik”.
ELMAR ABDULLA-ZADƏ