Dünya futbolu
Futbolda 4-cü əvəzetmə də oldu – milli səviyyəsində ilk
Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunun yarımfinal …
Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutmuş Portuqaliya – Çili oyununda ilkə imza atılıb. Futbolinfo.az xəbər verir ki, ilk dəfə sözügedən matçda milli komandaların rəsmi oyununda dördüncü əvəzetmə olub.
Görüşün 116-cı dəqiqəsində Portuqaliya yığması Andre Qomeşi Jelson Martinşlə əvəzləyib. Bununla da komanda dördüncü əvəzetməsini reallaşdırıb.
Qeyd edək ki, Çili Portuqaliyanı penaltilər seriyasında 3:0 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt – 0:0) finala yüksəlib.
Xatırladaq ki, FİFA böyük turnirlərin pley-off mərhələsində əlavə vaxtda dördüncü əvəzetmənin keçirilməsinə icazə verib. Bu təcrübədən daha öncə İngiltərə və Almaniya kuboklarında istifadə olunub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı