Ölkə futbolu
“Qalatasaray” Belhandanı İstanbula gətirdi, Maykon da yoldadı
Türkiyənin “Qalatasaray” klubu Braziliyanın “…
Türkiyənin “Qalatasaray” klubu Braziliyanın “San Paulu” komandasının futbolçusu Maykon Pereyra Rokeni heyətinə qatacaq. Futbolinfo.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, artıq “aslanlar” 28 yaşlı mərkəz müdafiəçisinin özü və klubu ilə görüşmələrə başlandığını bəyan edib.
Maykonun bu axşam Bakı vaxtı ilə saat 23:00-da İstanbula gələcəyi gözlənilir. Braziliyalı futbolçu özü də şəxsi "Instagram" səhifəsi vasitəsilə "San Paulu" azarkeşləri ilə vidalaşıb.
Qeyd edək ki, 190 sm boya malik Maykon 2009 – 2016-cı illərdə “Portu”da çıxış edib. O, ötən ildən etibarən formasını geyindiyi “San Paulu”da 44 matç keçirib və 3 qola imza atıb.
Bu gün fransalı hücumçu Bafetimbi Qomislə rəsmi müqavilə imzalayan "sarı-qırmızılar"ın digər yeni transferi Yunes Belhanda isə artıq İstanbuldadı. O da tezliklə tibbi yoxlanışdan keçəcək və Türkiyə nəhəngi ilə rəsmi müqaviləyə imza atacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…