Ölkə futbolu
“İnter” Serbiya sindromunu qırdı
Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsində Serbiya…
Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsində Serbiyada “Mladost”u məğlub edən (3:0) “İnter” ilkə imza atdı. Bakılılar nəhayət, Serbiyadan qələbə ilə qayıdan ilk Azərbaycan klubu adını qazandı.
Onlara kimi isə “Neftçi” (2 dəfə), “Olimpik” (indiki “Şüvəlan”), “İnter” və “Qəbələ” sözügedən ölkədən məyus dönmüşdü. Yalnız 2012-ci ildə AL-in qrup mərhələsində “Neftçi” səfərdə “Partizan”dan 1 xal almağa müvəffəq olmuşdu.
Ümumiyyətlə, əvvəl serblərə 11 oyunun heç birində qalib gələ bilməyən klublarımız son 2 matçda bu uğursuz ənənəyə son qoyub. Belə ki, 2015-ci ildə AL-in 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” evdə “Çukariçki”ni üstələmişdi – 2:0. Maraqlıdı ki, serbiyalılar təmsilçilərimizi 7 oyunda məğlub etsələr də, bunların cəmi 1-də 2 top fərqli üstünlük ediblər, qalanlarında isə fərq minumum olub.
“Mladost” təmsilçilərimizə avrokuboklarda rəqib olan 5-ci Serbiya klubu oldu. Onlardan əvvəl isə “Srvena Zvezda”, “Partizan”, “Voyvodina” və “Çukariçki”dən klublarımıza rəqib olmuşdu.
Qarşılaşmada dubl edən Adrian Skarlatake isə təmsilçilərmizin heyətində avrokuboklarda vurduğu qolların sayını 3-ə çatdırdı. Rumıniyalı müdafiəçi bundan əvvəl də “Xəzər Lənkəran”ın heyətində Estoniya “Trans”ını məyus etmişdi. Skarlatake həmçinin, klublarımızın heyətində avrokuboklarda dubl edən 12-ci futbolçu oldu.
3-cü qolun müəllifi Rauf Əliyev avrokuboklarda vurduğu qolların sayını 5-ə çatdırdı. O, daha əvvəl “Qarabağ”la “Visla” (Polşa), “Streymur” (Farer adaları), “Brügge” (Belçika) və “İnter”lə “Hafnarfyordur”u (İslandiya) məyus etmişdi.
Avrokuboklarda 12-ci qələbəsini qazanan komanda maraqlıdı ki, səfərdə daha uğurla çıxış edir. Bu, bakılıların rəqib meydanında 7-ci qələbəsi oldu. Onlar bu göstəriciyə görə yalnız 12 qələbəsi olan “Qarabağ”dan geri qalırlar.
“İnter”in bu qələbəsi həm də Azərbaycan klublarının avrokuboklarda əldə etdiyi 78-ci zəfərdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq