Ölkə futbolu
"Qarabağ" rekordçu ilə güclənir
Azərbaycan çempionu "Qarabağ"ın sıralarına qatma…
Azərbaycan çempionu "Qarabağ"ın sıralarına qatmağa hazırlaşdığı Yakub Jejniçak Polşanın "Legiya" klubunun tarixində əhəmiyyətli oyunçudu. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı stoper titul baxımından rekordçudu.
Polşalı futbolçunun hesabında 12 kubok var. Jejniçak 5 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun və 1 dəfə də Super kubokun qalibi olub. Ona həmçinin, ölkəsində "qəssab" ləqəbi verilib.
Qeyd edək ki, Polşa millisinin üzvü "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına yollanıb. Təcrübəli müdafiəçi Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Yakub 13 il idi ki, Varşava klubunun şərəfini qoruyurdu.