Dünya futbolu
Yolda qəza ilə rastlaşdılar, çempionat matçına gecikdilər
Belarus çempionatında mübarizə aparan Mogilev "Dnep…
Belarus çempionatında mübarizə aparan Mogilev "Dnepr"i ölkə birinciliyinin "Slutsk" ilə səfər matçına gecikib. Futbolinfo.az xəbər verir ki, buna səbəb komanda üzvlərinin yolda avtomobil qəzası ilə üzləşmələri olub.
Belə ki, Mogilev klubunun heyətini daşıyan avtobusun önündə hərəkətdə olan avtomobillərdən biri qəfildən idarəetmənin itirilməsi nəticəsində yolun kənarına çıxıb və ağaca çırpılıb. Zərərçəkənləri əzilmiş maşından məhz futbolçular çıxarıblar. Komandanın həkimi Vasili Trus isə onlara ilk tibbi yardım göstərib. Avtobusun sürücüsü Viktor Teterukov da qəzaya uğramış avtomobildə baş verən yanğının söndürülməsinə kömək edib. Qəzada xəsarət alanlar tibbi yardım maşınları ilə yola salınandan sonra komanda öz yoluna davam edib.
Bütün bunlar isə xeyli vaxt aparıb və nəticədə "Dnepr" səfər matçına nəzərdə tutulan vaxtda çata bilməyib. Buna baxmayaraq, qarşılaşma baş tutub və Mogilev klubu rəqibinə 0:1 hesabıyla məğlub olub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi