Ölkə futbolu
"Qəbələ"nin hücumçusu "Sumqayıt"da – FOTO
2017/18 mövsümü üçün transfer ç…
2017/18 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sumqayıtlılar son mövsümü “Qəbələ”də keçirmiş Ramil Həsənovu 1 illik icarəyə götürüb. 21 yaşlı hücumçu “Sumqayıt”da 90 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Həsənov bu gün "Səbail"ə qarşı keçirilmiş yoxlama oyununda dubla imza atıb.