Ölkə futbolu
Məsimovun transferi rəsmiləşdi
“Fakel” (Voronej) iştirak ərizəsinə daha iki futbol&cc…
“Fakel” (Voronej) iştirak ərizəsinə daha iki futbolçunun adını daxil edib. Bu futbolçulardan biri Samir Məsimovdu. Məsimov rəsmən “Fakel”lə anlaşıb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb: “Komandamız heyətinə daha iki futbolçu əlavə edib. Temur Mustafinlə Samir Məsimov rəsmən komandamızın heyətinə daxil ediliblər. Hər iki futbolçu təlim-məşq toplanışı zamanı “Fakel”in heyətində olublar və yoxlama görüşlərində çıxış ediblər”.
Moskva “Lokomotiv”inin yetirməsi olan Samir karyerası ərzində “Neftçi”, AZAL və Sloveniyanın “Domjale” komandasında çıxış edib. Onun “Fakel”lə rəsmi müqavilə bağladığını bir həftə öncə ilk olaraq “Futbolinfo” xəbər vermişdi.