Layihə
Dəyişiklik ərəfəsində: Etimad limiti uğursuz seçkiylə bitdi
(əvvəli bu linkdə)
Elxan Məmmədovun uğurs…
Elxan Məmmədovun uğursuzluqları təkcə ölkə miqyasında deyil. Himayədarları bir müddət öncə onu dövlət rəhbərliyi səviyyəsində bacarıqlı gənc idarəçi kimi reklam edir, ona dəstək axtarırdı. FIFA-nın, ardınca UEFA-nın baş katibi ola biləcəyinə dair nağılların reallaşması üçün yüksək səviyyədə reklam pulları da ayrılmışdı.
SOCAR-ın/dövlətin UEFA-yla 250 milyon dollarlıq reklam tərəfdaşlığı da boşuna deyildi. Bunun mükafatı olaraq, AVRO-2020-nin bir qrupu və ¼ finalın bir oyunu ölkəmizə həvalə olundu. Bonus kimi Məmmədov da ölkəmizi beynəlxalq futbol təşkilatılarında təmsil etməliydi. Lakin görünür, UEFA-da onun bacarığını himayədarlarından yaxşı qiymətləndirdilər və yaxın buraxmadılar.
Baş katibin “ölkəmizin beynəlxalq futbol qurumlarındakı qüruru” olmaq planları baş tutmayınca himayədarları növbəti riskə getdi. Bu dəfə Məmmədovu UEFA İcraiyyə Komitəsinə seçdirməklə bu şəxsin reklamına xərclənən pullara bəraət qazandırmağa çalışdılar. Lakin bu dəfə yuxarı dairələrdə ona arxa duran olmadı, Məmmədov isə bir-bir qitə ölkələrini gəzib səs toplamağa çalışdı. Və növbəti fiasko. Elə həmin gün Elxan bəyə olan etimad limiti tükəndi.
Beləcə Elxan Məmmədovun bütün planları iflasa uğrayır. Bu isə ona əvəz axtarılmasına zəmin yaradır. Artıq hörmətli insanların ətrafında dolaşmaq, özünü onların adamı kimi qələmə verməyə cəhd, hətta bu haqda qeyri-rəsmi dairələrdə danışmaq, qardaşının vasitəsi ilə xilas olmaq arzuları faydasızdı.
Əslində, baş katibi kimin əvəz edəcəyi ilə bağlı ilkin informasiyalarımız var. Lakin hər şeyi zamanın öhdəsinə buraxmaq lazımdı. Dəqiqləşdirə bilməyəcəyimiz xəbəri yaymaqda fayda görmürük.
(davamı olacaq)
FƏRİD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…