Ölkə futbolu
Yakup Jezniçak rəsmən "Qarabağ"da!
Yeni mövsüm üçün heyətini gücləndirm…
Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla iki illik müqavilə imzalayıb.
Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra Polşanın köklü klublarından “Legiya”ya transfer olub. 30 yaşlı yeni transfer son 13 ili “Legiya”da keçirib. Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.
Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi yeni komandasında "52" nömrəli formayla mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…