Ölkə futbolu
Jezniçak: “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm”
"Qarabağ"ın yeni transferi Yakub Jezniçak Ağdam kl…
"Qarabağ"ın yeni transferi Yakub Jezniçak Ağdam klubuna keçidi haqda öz fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Azərbaycanın ən yaxşı komandasının – “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdı. Çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Legiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdü. Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…