Ölkə futbolu
Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə U…
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib. Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” “Deva” (Rumıniya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq.
Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.
Qeyd edək ki, E qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Wrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. “Leo” F qrupunun qalibi olarsa, bu komanda mübarizəni 5-ci qrupda davam etdirəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…