Ölkə futbolu
Vild Donald Qerye də rəsmən "Qarabağ"da!
2017/18-ci illər mövsümü üçün nəzər…
2017/18-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı "Qarabağ" növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran klub uzun müddətdi davam edən prosesi uğurla tamamlayıb.
"Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Super Liqasında “Alanyaspor”da forma geyinən Vild Donald Qeryenin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçiylə iki illik müqavilə imzalanıb.
Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Qerye 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə Donald “Alanyaspor” formasıyla 20 oyunda 4 qolla yadda qalıb.
2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…