Ölkə futbolu
“Futbolinfo”nun xəbəri təsdiqləndi: “Zirə” və “İnter” dəyişdi
Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsi…
Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki görüşlərinin vaxtı və yeri dəyişib. Bütün komandalarımızın ev oyunlarının Bakıya təsadüf etməsi ilə əlaqədar belə bir qərar verilib.
UEFA-nın qərarına əsasən, "Zirə" "Astra"sı ilə ilk qarşılaşmanı iyulun 13-də Rumıniyada keçirəcək. Bu səbəbdən komanda Bakıya qayıtmaqıb – Lüksemburqdan Rumıniyaya yollanıb. Cavab görüşü isə bundan bir həftə sonra Bakıdakı "Dalğa Arena"da olacaq. "İnter" Lüksemburqun "Fola Eş" komandası ilə ilk matçını iyulun 13-də deyil, bir gün tez keçirəcək. 12 iyul matçı "Dalğa Arena"da olacaq.
"Qəbələ" isə iyulun 13-də Polşa "Yagelloniya"sını "Bakcell Arena"da qəbul edəcək. Həm "İnter", həm də "Qəbələ"nin cavab oyunu iyulun 20-də səfərdə baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" da Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə ilk görüşünü Bakıda keçirəcək. Oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Xatırladaq ki, bu xəbəri ilk olaraq, “Futbolinfo” yaymışdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə