Dünya futbolu
"Milan"ın futbolçusu rəsmən "Trabzonspor"da
Türkiyənin "Trabzonspor" klubu da bu yayın ən səs-k…
Türkiyənin "Trabzonspor" klubu da bu yayın ən səs-küylü transferlərindən birini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliya "Milan"ında çıxış edən slovakiyalı futbolçu Yuray Kuçkanı heyətinə qatıb. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.
Kuçka yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Türklər bu transfer qarşılığında İtaliya klubuna 5 milyon avro ödəyiblər. Slovakiyalı yarımmüdafiəçi ilinə 2 milyon 250 min avro məvacib alacaq.
Qeyd edək ki, peşəkar karyerasına 2005-ci ildə yetirməsi olduğu "Podbrezova"da başlayan 30 yaşlı futbolçu 2007-də "Rujomberok"a transfer olunub. 2009-2011-ci illər aralığında Praqa "Sparta"sında top qovan oyunçu 2011-ci ildən 2015-ə qədər də "Cenoa"da çıxış edib. Kuçka 2015-ci ildən formasını geyindiyi "Milan"da 59 oyun keçirib, 4 qol vurub. Slovakiya yığmasının üzvü milli formada çıxdığı 53 oyunda 6 dəfə fərqlənib.
Qeyd edək ki, 50 illik yubileyinə hazırlaşan "Trabzonspor" Kuçkadan öncə İspaniyanın "Selta" klubundan sol cinah oyunçusu Teo Bonqondanı icarəyə götürmüşdü.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…