Ölkə futbolu
“Qalatasaray”da gərginlik: Tudor onu qovdu
“Qalatasaray”ın baş məşqçisi İqor Tudorla futb…
“Qalatasaray”ın baş məşqçisi İqor Tudorla futbolçu Luis Kavanda arasında gərginlik yaşanıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Kavanda yoxlama matçında ehtiyatda qalmasına etiraz edib. Bundan sonra xorvatiyalı mütəxəssis belçikalı futbolçunu bu etirazı və intizamsızlığı səbəbindən komandanın düşərgəsindən qovub.
26 yaşlı müdafiəçi Tudorun tələbindən sonra əşyalarını da toplayaraq “Qalatasaray”ın hazırlıq keçdiyi Slovakiyadan İstanbula qayıdıb.