Bizi izləyin

Layihə

Filmin sonu: Təsisçilərə növbəti saymazyana jest

(əvvəli bu linkdə)

 

Növbəti həmlə bir də bu il…

blank
 
Növbəti həmlə bir də bu il oldu. İyunun əvvəlində Kaml Quliyevin “Neftçi”yə idman direktoru gönərildiyi aydınlaşdı. Sürpriz idi. Çünki Quliyev də baş katibin komandasına daxil deyildi və onu da təsisçilər göndərmişdi. Təyinatı geri çevirmək mümkün deyildi. Bu zaman Elxan Məmmədov və əlaltıları yeni variant axtarışına çıxdı. Təyinatın rəsmiləşməsi xeyli yubadıldı. Quliyevə elə bir post tapşırılmalıydı ki, əl-ayağa dolaşmasın, sadəcə, SOCAR-dan göndərildiyi üçün işlə təmin olunsun, amma əsas planlara qarışmasın. Buna da nail oldular.
 
Kamal bəy “Neftçi”yə gəldiyi, amma təyinatının hələ rəsmiləşmədiyi ilk günlərdə millidə də çalışan baş məşqçi Elxan Abdullayevi gözlədiyini, onunla məsləhətləşərək komandanı böhrandan çıxarmaq üçün yollar arayacağını deyirdi. Bu müsahibə də göstərirdi ki, Quliyev konkret olaraq vəzifəyə göndərilib.
 
Lakin yenə eyni ssenari oynanıldı. Bu dəfə qazanclı çıxan Eldəniz Yusifov oldu. Klubun aşağı yaş qrupları üzrə komandalarına koordinator kimi gətirilən sabiq həmkarımız birdən-birə əsas komandanın baş meneceri təyin olundu. Halbuki bu vəzifə dolayısı ilə Kamal bəy üçün nəzərdə tutulmuşdu. Və Orxan Hüseynzadə ağasının sözünə uyğun olaraq, Quliyevi Yusifov üçün nəzərdə tutulmuş posta təyin etdi.
 
Əslində, Quliyev təsadüfən seçilməmişdi. Onun təyinatından bir neçə gün öncə verdiyi müsahibədən seçmələrə diqqət edin:
 
– Ölkə kubokunda “Qarabağ”la dünənki oyundan (0:0) sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev onu istefaya səsləyən azarkeşləri xuliqan adlandırıb. Buna münasibətiniz necədi?
– Birincisi, heç kimə səlahiyyət verilməyib ki, öz ölkəsinin vətəndaşına təhqiramiz söz işlətsin. Buna heç kimin ixtiyarı yoxdu. İkincisi, fanatları qruplara bölmək olmaz. Fan-klubların “Forza Neftçi” və ya digər adları ola bilər. Amma fanat fanatdı. Onun hansı qrupda yer almasından asılı olmayaraq, ortada bir “Neftçi” və onun azarkeşləri var. İstər məşqçi, istərsə də futbolçu olsun, fanatlara qarşı belə davranmamalıdı. Bu gün bizim istədiyimiz odu ki, Türkiyə və digər ölkələrdəki kimi, azarkeşləri stadiona yığaq. Buna çalışmaqdansa, onları meydanlardan uzaqlaşdırırıq. O sözləri işlətmək əvəzinə, insanları stadiona cəlb etmək lazımdı. Futbolun gözəlliyi qol və fanatlardı. Heç kimin xətrinə dəymək istəmirəm. Amma bu, şəxsi fikrimdi ki, heç bir halda azarkeşlərə qarşı belə çıxış etmək olmaz. Bu, komandaya biganə yanaşmaq kimi bir şeydi.
 
– Cari mövsümün əvvəlində rumıniyalı futbolçu Katalin Tira “Neftçi”nin azarkeşinə qarşı etdiyi hərəkətdən sonra klubdan uzaqlaşdırıldı. Rəhbərlik Elxan Abdullayevlə də bağlı eyni addımı atmalı deyil?
– Elxan Abdullayevin dünənki mətbuat konfransında dediyi sözləri oxudum. Mövsümün birinci yarısında başqa söhbət, müsahibələr olurdu. Amma indi dedikləri onlarla üst-üstə düşmür. “Neftçi” Azərbaycan futbolunun tarixidi. Klubun hazırkı durumuna görə çox təəssüf edirəm. Bu sözləri deməkdənsə, hər kəs öz işini görsə, daha yaxşı olar. Heç bir klubun çalışdırıcısı millidə köməkçi məşqçi vəzifəsində işləməməlidi. Sən Azərbaycanın tarixi klubunun baş məşqçisi ola-ola, yığmada da çalışa bilməzsən. “Neftçi”ni yeni götürüb, milli ilə təlim-məşq toplanışına gedir. Bu, məsuliyyətsizlikdi. Kor-kor, gör-gördü. Nəticəsi də belə olmalıdı da. “Neftçi”nin baş məşqçisi onunla nəfəs almalıdı, komanda ilə yatıb, komanda ilə durmalıdı. Amma baş məşqçi millinin heyətində təlim-məşq toplanışına yollanır. Bəli, hamımız yığma üçün çalışırıq. Ancaq sən klubun nəticəsinə cavabdehsən axı. Elxan Abdullayevin danışığına baxın. Bədbəxtliyimiz odu ki, sözün düzünü deyəndə xətirlərinə dəyir. Ataların məsəli var ki, səni tərifləyəndən qaç, tənqid edəndən yapış. Necə ola bilər ki, “Neftçi” kimi klubun qarşısına çempionluq və avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmasın? “Neftçi” bu dərəcədə aciz oldu ki, Avroliqaya düşmək uğrunda mübarizə aparmasın? Onda bu komanda çempionatda niyə çıxış edir? “Neftçi” bu gün şərait və büdcə baxımından çoxundan üstündü. Klubun hazırkı legionerlərinin hamısını göndərmək lazımdı. Düzdü, mən komandanın içində deyiləm. Amma kənardan hiss edirəm ki, “Neftçi”də əhval-ruhiyyə yaxşı deyil. “Sumqayıt”la matçda “Neftçi”nin mərkəz müdafiəçisi Pavel Dreksanın oyununu gördüm. Vallah, mən özümə ayıb bildim. Onu alçaltmaq istəmirəm, amma formadan çox uzaqdı.
 
– Baş məşqçinin istəyi ilə qış fasiləsində heyətə xeyli sayda yeni futbolçu cəlb edildi. Çempionatın III və IV dövrələrində “Neftçi”nin oyununda hansısa dəyişiklik hiss olundu?
– “Neftçi”nin oyununun düzələcəyinə dair söz verilmişdi. Hanı bəs? Mən “Sumqayıt”ı zəif saymıram, maşallah, özlərini sübut edirlər. Lakin “Neftçi” kimi komanda belə oyunlarda xallar itirməməlidi. Bu gün rəqib qapıçının qaytardığı topu “Neftçi”nin hücumçusu 3 metrlik məsafədən çərçivəyə yönəldə bilmirsə, biz hansı oyundan danışırıq? Elxan müəllimə də, klubun rəhbərliyinə də hörmətim böyükdü. Amma reallıq deyilən bir şey var. Həm qış fasiləsindən öncə, həm də ondan sonra komanda getdikcə daha ağır vəziyyətə düşür, uçuruma yollanır. Bu gün “Neftçi”də qələbə ruhu yoxdu. Elə çıxış edirlər, sanki “Neftçi” sıradan bir komandadı. Gələn oyunçulara klubun tarixini izah etmək lazımdı. Bilirsiz ki, bu komandada işləmək, oynamaq çox çətindi. Çünki daim göz qabağındasan, səndən nəticə tələb edirlər. O nə deməkdi ki, mən komandanı Avroliqaya çıxaracağıma söz verməmişdim? “Neftçi”nin adı elə komandanın məqsədindən xəbər verir də. “Neftçi”nin titulsuz, avrokuboklardan kənarda qalması nə deməkdi? Mən bunu başa düşmürəm. Bir-birimizi aldatmayaq, yalan danışmayaq. Düzü etiraf etmək özü mərdlik tələb edir. İşimizi itirməməyə görə nəyəsə əl atmaq lazım deyil. Komandanın uğursuzluğuna baş məşqçi cavabdehdi. Əgər bu işi görə bilmirsənsə, bəhanə gətirmək yersizdi, qoy, başqası gəlsin. Bəlkə o nəsə edə bildi.
 
İndi bu adam Elxan Abdullayevə nəzarət etməyə göndərilmişdi, amma rəhbərlik onu kənarda saxlamağı bacardı. Və təsisçilər onlara atılan silləni yenə sinəyə çəkib, səbr etdilər. Quliyevin klubda olması özü ciddi fakt idi və o, buzqıran rolunu oynamalıydı .
 
(davamı olacaq)
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm