Bizi izləyin

Ölkə futbolu

İdman mediası klublarımızın şansını dəyərləndirir – SORĞU

Gələn həftə Azərbaycan klubları tam tərkibdə qitəmiqyaslı ya…

blank
Gələn həftə Azərbaycan klubları tam tərkibdə qitəmiqyaslı yarışlarda mübarizə aparacaq. "Qarabağ" Çempionlar Liqası, "Qəbələ", "İnter" və "Zirə" isə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını keçirəcəklər.
 
Bəs, komandalarımızın bu mərhələdəki şansları necədi? Sport24.az ölkənin idman mediasına müraciət edib. Sual isə belədi: "Qarabağ" – "Samtredia", "Qəbələ" – "Yaqelloniya", "İnter" – "Fola" və "Astra" – "Zirə" görüşlərində İki oyunun nəticəsinə görə hansı komandalarımızın mərhələ adlaya biləcəyini düşünürsünüz?
 
Vüsal Mahmudov (futbolinfo.az saytının baş redaktoru): “Püşk atılandan bəri ən çətin rəqibin “Qarabağ”a düşdüyünə əminəm. Real yanaşsaq, heyəti, büdcəni əsas götürsək, ağdamlılar bu komandanı rahat keçməlidi. Amma digər amillər var. Əvvəla, “Samtredia” ölkə çempionatı davam etdiyindən hazırda əla formadadı, əvəzində “Qarabağ” sınaq matçlarında xoşuma gəlmədi. Söhbət bütün oyunlarda uduzmaqdan getmir, oyun olaraq futbolçular doymuş təsiri bağışlayırdı. Yeni transferlərin uyğunlaşmasının, Almeydanın oynayıb-oynamamasının həlledici olacağını düşünürəm. Bir də ümid edirəm ki, həmişə mübarizəyə zəif başlayıb, sonradan sürəti artıran “Qarabağ” bu dəfə rəqibə daha ciddi yanaşacaq. Təmsilçimiz favoritdi, amma doğrusu, ürəyimdə qorxu var.
 
“Qəbələ”nin rəqibi daha adlı-sanlı ölkənin təmsilçisidi. Bununla belə, Roman Qriqorçuk heyəti yenidən qura bildi. Komandanın yeni transferlərinin də oynadığı son 2 matça baxdım. Komanda oyun stilinə sadiq qalıb, bir az da artırıb. Hansısa şanssızlıq olmasa, mərhələ keçilməlidi. “Yagelloniya”nın Batumi “Dinamo”suna 2 oyuna 5 qol vurması bizimkiləri qorxuya salmamalıdı, rəqib standart futbol oynayır və Qriqorçukun onları dayandırmaq üçün kifayət qədər təcrübəsi var.
 
“İnter” “Fola” ilə matçın aşkar favoritidi. Düzdü, klubdaxili problemlər, didərgin həyatı bəlkə də bakılıların beynini məşğul edir. Lakin hətta bu vəziyyətdə də “İnter” rəqibindən aşkar üstündü. Moldovadan sonra Bakıya gələn rəqibin yorğunluğu da bizimkilərin xeyrinə olacaq.
 
“Zirə” daha şanssız görünür, bu komandanın ilk mərhələdəki oyununu da tam bəyənməmişdim. Üstəlik, rəqib Rumıniya təmsilçisidi. Bununla belə, “qartallar”ın da ümumi “ansambl”dan uzaq düşməyəcəyinə ümid edirəm. “Zirə” debütant kimi minimum vəzifənin öhdəsindən gəlib. Ona görə rahat oynamalı və rəqibə sürpriz yaşatmalıdı. Yeni transferlər ötən bir həftə ərzində heyətə daha çox uyğunlaşmalıdı. Deməli, daha yaxşı oynamaq üçün şans var.
 
Ümumi götürdükdə, bütün klublarımızın mərhələ keçməsi realdı. “Zirə” təcrübəsizliyi və rəqibin gücü baxımından bir az şanssız görünür. Amma ən azı 3 komandamız daha bir rəqibi Bakıya gətirməlidi.
 
Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru): “Qarabağ” “Samtredia”nı keçəcək, yaxud keçməlidir. Çünki futbolda üstünlük yaradan əsas detal var – təcrübə, heyət, maliyyə. “Qarabağ” hər üç komponentdə rəqibdən üstündü. Eyni yanaşmayla “İnter” də Lüksemburq təmsilçisi “Fola”nı üstələməlidi. Hər iki komandamıza proqnozum budu ki, mərhələni adlayacaqlar.
 
“Zirə” isə təcrübədə rəqibindən geridi, heyət baxımından Rumniya təmsilçisi daha prestijli görünür, maliyyədə isə konkret fikir bildirmək çətindir. Rəqibin heytində xeyli yeni futbolçular var və yerli medianın iddialarına görə yenilər gedənlərdən güclü deyil.
 
Təxminən oxşar situasiya “Zirə”dədi. Heyətin ən fəalları yeni cəlb olunan legionerlərdi. Baş məşqçi də, hardasa, yeni sayıla bilər. Bu mübarizədə üstünlük məşqçilərin komandalarını oyuna necə hazırlayacağı və kökləyəcəyindən böyük ölçüdə asılıdı.
 
“Qəbələ” isə sirli qutudu. Gedənlər də, gələnlər də çox oldu. Ancaq yeni heyət özünü necə göstərəcək? Bircə inam onadır ki, baş məşqçi Qriqorçuk bu işlərdə bacarıqlı və səriştəlidi. “Yagelloniya” bu mərhələdəki rəqiblər arasında ən təcrübəlisi və güclüdü. Ancaq “Qəbələ”nin də bundan böyük komandalara qalib gəldiyini görmüşük. Xüsusən, səfərdə daha inamlı təsir bağışlayan Qriqorçukun “drujinası” Polşadan sərfəli nəticəylə dönsə, işin yarıdan çoxunu həll eləmiş olacaq. Təbii ki, burda qələbəni nəzərdə tuturam”.
 
Vüqar Zeynalov (azersport.com saytının baş direktoru): “Qarabağ”, “Qəbələ” və “İnter” iki oyunun nəticəsinə görə mərhələ adlaya biləcəklər. Hər 3 halda təcrübəni nəzərdə tuturam. Ən çətin Qəbələ üçün olacaq. Amma klublarımaza inanıram. Zirənin şansları azdı.
 
Kənan Həsənov (“Futbol+” qəzetinin redaktoru): “Hər nə qədər yoxlama oyunlarında özünə bənzəməsə də, “Qarabağ”ın “Samtredia” səddini keçəcəyinə şübhə etmirəm. Uzun müddət bir yerdə oynayan oturuşmuş heyət, rəqib futbiolçularla müqayisədə səviyyə fərqi “Qarabağ”ın lehinə olan məqamlardı. Bura zəngin avrokubok təcrübəsini də əlavə etmək olar. Əlbəttə, təmsilçimizi heç də asan gəzinti gözləmir. Amma mərhələni məhz “Qarabağ”ın adlayacağına şübhə etmirəm”.
 
Mövsüm bitəndən sonra “Qəbələ”də yaşanan “yarpaq tökümü” narahatlıq doğursa da, gerçəkləşdirilən transferlər sevindirdi. Uyğunlaşma ilə bağlı problem olmasa, bu “Qəbələ”dən çox şey gözləyirəm. Əlbəttə, Polşa klubları “asan yem” sayılmır. Bununla belə, “Qəbələ”nin son iki mövsümdəki qəhrəmanlığını təkrarlayacağına ümid edirəm.
 
Görünən budu ki, məlum problemlər Zaur Svanadzenin komandasına təsir etmir. İlk mərhələdə rəqibini birnəfəsə keçən “İnter” “Fola” ilə oyunun da favoritidi. Çətin olacaq, amma mərhələni sabiq “bankirlər” keçəcək. Səbəb bu heyətin çətin anlarda yumruq kimi birləşməsidi.
 
Etiraf edək ki, “Zirə”nin əsl gücü məhz “Astra” ilə oyunlarda üzə çıxacaq. Komanda ilk mərhələdə yaxşı təsir bağışlasa da, rəqib sıradan bir komanda idi. Rumınlarla isə çox çətin olacaq. Bu üzdən proqnoz vermək istəməzdim. Yalnız arzu edək ki, Ayxan Abbasovun komandası “Astra”nı Avroliqa qatarından kənarda qoyacaq.
 
Emin Abbasov (sportal.az saytının təsisçisi): “Qarabağ”ı transfer məsələlərində yubandığına görə, nə qədər tənqid etsək də, bu komandanın çox böyük təcrübəsi var. Amma Ağdam klubunun futbolçuları bu cür mərhələləri keçiblər. Komanda oturuşmuş heyətə malikdi və düşünürəm ki, çempionumuz bu səddi çətinlik çəkmədən aşacaq.
 
“Qəbələ” haqda danışmaqda bir az çətinlik çəkirəm. Komanda demək olar ki, sıfırdan yığılır. Yeni bir kollektivdi, iş başında görməmişik. Yoxlama oyunlarına əsasən fikir irəli sürmək çətindi. Amma mənə belə gəlir ki, Roman Qriqorçuk amili burada olduqca böyük rol oynayacaq. Məhz bu faktora söykənərək, düşünürəm ki, mərhələni “Qəbələ” keçəcək. Ancaq bu, asan başa gəlməyəcək. Çünki yeni futbolçuların kollektivə uyğunlaşması üçün vaxt az olub.
 
“İnter”in mərhələ adlayacağına heç bir şübhəm yoxdu. Oturuşmuş heyətə sahibdilər. Komanda baş məşqçinin onlardan nə istədiyini gözəl bilir. Hesab edirəm ki, paytaxt təmsilçisi 3-cü mərhələ yolunda ciddi problemlə üzləşməyəcək.
 
Təmsilçilərimiz arasında ən çətin missiya “Zirə”nin qarşısında dayanıb. Bu komandanın ən böyük problemi təcrübəsizlikdi. Söhbət həm baş məşqçiləri, həm də əksər futbolçularından gedir. Bu problem “Differdanj”la oyununda da özünüqabarıq şəkildə büruzə verdi. Hesab 1:0 lüksemburqluların xeyrinə olduğu dəqiqələrdə təmsilçimiz çox sıxıldı. Bunun da səbəbi həmin təcrübəsizlik idi ki, yalnız cavab qolundan sonra “qartallar” özlərinə gəldi. Komandanın yeni transferləri xoşuma gəlir. Bəlkə də gələn mövsüm də avrokuboklarda oynasalar, özlərini daha rahat hiss edərlər. İndiki məqamda isə debütantlıq özünü göstərir. Bu psixoloji baryeri aşa biləsələr, mərhələni adlayacaqlar”. 
 
 
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “Qarabağ” və “Qəbələ”nin mərhələ adlayacağna çox inanıram. Hər iki komandanın yetərincə avrokubok təcrübəsi var. Düzdü, “Yagelloniya” “Samtredia” ilə müqayisədə daha təhlükəli rəqibdi. Amma “Qəbələ”nin heyətini ciddi şəkildə gücləndirdiyini nəzərə alanda, bu dəfə də Polşa səddinin aşılacağına inanıram.
 
O ki qaldı “İnter” və “Zirə”yə, düzü, bu komandalarla bağlı tərəddüdüm var. Xüsusilə də, “Zirə”ylə bağlı. Ayxan Abbasov işini bilən, istəkli məşqçidi. Amma “Astra” artıq “Differdanj” səviyyəsində rəqib deyil. “Zirə” üçün çətin olacaq. “İnter”in yetərincə avrokubok təcrübəsinin olması indiki məqamda həlledici amillərdəndi”.
 
Amal Abışov (sport7.az saytının baş redaktoru): “Son illər Azərbaycan klubları birmənalı olaraq qonşu Gürcüstan təmsilçilərini üstələyir. “Samtredia" ilə oyunun da şəksiz favoriti "Qarabağ"dır. Yeni transferlərin komandaya gec qoşulması Qurban Qurbanovun əsas problemidi. Amma yenə də Gürcüstan çempionu "köhlən atları" dayandıra bilməz.
 
Yenilənmiş "Qəbələ"nin özünü necə göstərəcəyini maraqla gözləyirik. Rəqib də yetərincə ciddidir. Amma Qriqorçukun bu sınaqdan üzüağ çıxacağına inanıram. İlk oyundan yaxşı nəticəylə ayrılmaq vacibdi.
 
"İnter" yenə də cütün favoritidi. "Zirə"nin oyunu Lüksemburq və Azərbaycan futbolu arasındakı fərqi göstərdi. Psixoloji problemlərin belə sabiq "bankirlər"i dayandıra biləcəyini düşünmürəm.
 
"Astra"nın adı bizə çox şey deyir. Amma bildiyimə görə ötən ildən bəri heyət çox dəyişib. "Zirə"nin də şansı az deyil. Amma işləri çox çətin olacaq".
 
Rüstəm Piriyev (extratime.az saytının baş redaktoru): “Qarabağ” – “Samtredia” oyununun aşkar favoriti Azərbaycan çempionudur. Burada ilk novbədə komandaların heyətində oynayan futbolçuların ustalıq fərqi, təcrubələrini və iddialarını nəzərə almaq lazımdır. “Samtredia” Gürcüstan səviyyəsində güclü komanda olması şübhəsizdir, lakin daha çox Avropa təcrübəsinə,  heyətində öz ölkələrinin yığma komandalarının oyunçularına malik “Qarabağ” belə rəqib qarşısında baş əyməz. Təbii ki, güclü transferlərin yalnız 3-5 gün əvvəl heyətə keçirilməsi komandamızın əleyhinə olan amildir, çünki onların adaptasiya dövrü və yeni komanda yoldaşlarına uyğunlaşması vaxt apara bilər. Amma düşünürəm ki, “Qarabağ” ötənilki heyətlə də “Samtredia”nı keçməyə qadirdir.
 
“Qəbələ” – “Yaqelloniya” matçında favorit görmürəm. Polşa klubu kifayət qədər ciddi rəqibdir, amma “Qəbələ” ve xüsusilə Qriqorçuk belə komandalarla necə oynamaq lazım olduğunu yaxşı bilir. Ötən mövsüm “Maribor”, “Lill” kimi klubları təsnifat mərhələsində udan komanda bu dəfə “Yaqelloniya” qarşısında da özünü göstərməlidir. Üstəlik, komanda transfer dövrundə xeyli güclənib, ötən mövsümdən də güclü heyətə malikdir. Belə olduğu təqdirdə “qırmızı-qaralar”ın növbəti məthələyə çıxacağına inaniram.
 
“Astra” – “Zirə” oyununa gəldikdə isə, burada şanslar 50/50-dir. Bir tərəfdən təcrübəsiz “Zirə”, digər yandan da xeyli zəifləmiş Rumıniya klubu. Düşünürəm ki, iki zəif klubdan hansının daha çox səhvə yol verməsi bu cütün taleyini müəyyənləşdirəcək. Açığı, “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun hələlik lazımi təcrübəyə malik olmaması komandanın ziyanına işləyəcək. Onun komandasının “Differdanj”la ikinci oyunun 1-ci hissəsində komandasının oyununa təsir edə bilməməsi hər şeydən xəbər verir. Gənc mütəxəssis öz üzərində daha çox işləməli, təcrübə yığmalıdır. Ümidvaram ki, buraxılan səhvlərdən Abbasov lazımi nəticələr çıxarıb və biz “Astra” ilə oyunda tam fərqli, daha inamlı “Zirə” görəcəyik.
 
“İnter”in son iki oyunda göstərdiyi futbol məni yaxşı mənada təccübləndirdi. Maliyyə və kadr problemləri olan komandanın belə rahat ve inamlı oynaması alqişalayiq haldır. Necə də olsa, “İnte”r nəinki zəif yerləri doldura bilmədi, həmçinin Abbas Hüseynov və Zurab Xizanişvilini itirdi ki, bu da onsuz da çətin vəziyyətdə olan klub üçün ciddi itki sayıla bilər. “Mladost” üzərində qələbələr “İnter”ə psixoloji üstünlük verə bilər. Özü də “Fola”nın güclü komanda olduğuna o qədər də inanmıram. “Milsami” üzərində qələbə hələ komandanın gücündən xəbər vermir. Özümüz də ötən mövsüm gördük ki, Moldova klub futbolu bizim ölkədəkindən zəifdir. Buna görə də “İnter”i cütlüyün favoriti hesab edirəm, Zaur Svanadze və onun yetirmələrinə uğurlar arzulayıram”.
 
İbrahim Cəfərov (futbolxeber.az saytının baş redaktoru): “Hər 4 klubumuzun mərhələ adlayacağına inanıram. İlk dəfə 3-cü mərhələdə 4 klubla təmsill olunmalıyıq.
 
“Qarabağ”ın hədəfi Çempionlar Liqasının qrupudu. Ona görə də “Samtredia” səddi birmənalı şəkildə keçilməlidi.  “Qəbələ” bizi artıq qrupa öyrəşdirib. Rəqib heç də zəif deyil. Amma Roman Qriqorçuk işini gözəl bilir. “İnter” digərləri ilə nisbətdə, daha rahat nəfəs ala bilər. Paytaxt təmsilçisi 1-ci mərhələdə nəyə qadir olduğunu göstərdi. Hətta deyərdim ki, Zaur Svanadze bu dəfə də azərbaycanlı futbolsevərləri bir cüt qələbə ilə sevindirəcək. Ən çətin “Zirə”nin işidi. Əsas özünəinamdı. “Astra” əvvəlki “Astra” deyil. Əsas psixoloji səddi aşmaqdı. Belədə, “Zirə” də adını 3-cü mərhələyə yazdıracaq”.
 
Çingiz Abbasov (futbol11.az saytının baş redaktoru): “Qarabağ”ın şübhəsiz mərhələ adlayacağını düşünürəm. Çünki, rəqibə yaxşı bələdik və necə komanda olduğunu bilirik. Məncə, ötən il “Qəbələ”nin darmadağın etdiyi komandanı, “Qarabağ” mütləq məğlub edəcək.
 
“Qəbələ”nin isə çətin mərhələni keçəcəyini düşünürəm. Niyə? Çünki “qırmızı-qaralar” mövsüm başa çatdıqdan sonra heyətində bir çox islahatlar aparıb, bir neçə aparıcı oyunçu komandanı tərk edib. Düzdü, “Qəbələ” heyətini gücləndirib. Amma Roman Qriqorçukun oyun planı, futbolçuların bir birinə öyrəşməsi baxımından çətinlik çəkəcəyini fikirləşirəm. Amma yenə də, komandanın mərhələ keçmək şansı var.
 
“Zirə”yə gəlincə, Ayxan Abbasovun komandası “Differdanj”la matçlarda özünü yaxşı tərəfdən göstərə bilmədi, baxımlı oynamadı. İlk oyunda yaxşı nəticə əldə olunsa da, cavab görüşündə “Differdanj” “Zirə”yə əməlli başlı problem yaratmışdı. Hətta “qartallar”ı bir qədər də sıxsaydılar, hesabda daha da üstünlük əldə edə bilərdilər. Buna baxmayaraq, “Astra” cəbhəsində də son xəbərlər ürəkaçan deyil. Keçmiş baş məşqçi Marius Şumudisa bir neçə aparıcı futbolçunu özü ilə “Kayserispor”a aparıb və komandada son durumun yaxşı olmadığı iddia edilir. Amma “Zirə”nin mərhələ keçmək şansı az deyil. Əgər “Zirə” öz oyununda bir qədər artım edə bilsə, “Astra” səddini keçə bilər.
 
“İnter”ə isə qısa şərh vermək istəyirəm. Çünki Serbiya komandasını asanlıqla keçən sabiq “bankirlər”in “Fola”ya da eyni aqibəti yaşadacığını düşünürəm”.
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm