Ölkə futbolu
"Səbail"də qvineya bisaulu legioner – ÖZƏL
Yeni mövsümdən Topaz Premyer Liqasında mübarizə apar…
Yeni mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq "Səbail" heyətinə legioner futbolçu cəlb edib. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, debütant qvineya bisaulu müdafiəçi Maudo Lamine Jarue ilə güclənib.
Lakin tərəflərin neçə illik müqavilə bağladığını dəqiqləşdirə bilmədik. Paytaxt klubu tezliklə bu transferi rəsmən açıqlamalıdı.
Qeyd edək ki, 2 ay sonra 20 yaşı tamam olacaq futbolçu mərkəz müdafiəçisidi. Maudo Portualiyanın "Jil Visente" klubunun yetirməsidi. O, peşəkar futbolda debüt matçını da 2016-cı ilin 6 avqustunda bu komandanın heyətində "Varzim"ə qarşı keçirib.