Dünya futbolu
"Roma"nın müdafiəçisi rəsmən "Çelsi"də!
İngiltərənin "Çelsi" klubu növbəti transferi…
İngiltərənin "Çelsi" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi İtaliyanın "Roma" klubunun müdafiəçisi Antonio Rudigeri heyətinə qatıb.
Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Almaniya yığmasının müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu yeni komandasında 2 nömrəli forma altında oynayacaq.
"Çelsi"nin saytı transferin maliyyə detalları barədə açıqlama verməsə də, "Roma" bu barədə məlumat yayıb. Paytaxt təmsilçisinin rəsmi saytının yazdığına görə, İngiltərə çempionu bu transfer qarşılığında qarşı tərəfə 35 milyon avro ödəyəcək. Bonuslarla bu məbləğ 39 milyon avroya qədər yüksələ bilər.
Qeyd edək ki, Almaniyanın "Ştuttqart" klubunun yetirməsi olan Rudiger peşəkar karyerasına 2011-ci ildə məhz bu komandada başlayıb. 2015-ci ilə qədər bu klubda oynayan futbolçu həmin il "Roma"ya transfer olunub. Geridə qalan iki mövsümdə o, "canavarlar"ın heyətində 56 oyun keçirib, 2 qol vurub. Antonio Almaniya yığmasının heyətində 17 oyuna çıxıb.