Ölkə futbolu
"Qarabağ"ın oyununa 9 min bilet satılıb
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi ç…
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Gürcüstan "Samtredia"sı arasında keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Futbolinfo.az xəbər verir ki, azarkeşlər hər gün saat 10:00-dan 19:00-a kimi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından bilet əldə edə bilər.
Ağdam klubundan verilən məlumata görə, geridə qalan günlərdə artıq 9000 bilet öz sahibini tapıb.
Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-də keçiriləcək və saat 21:00-da start götürəcək.
Biletlərin qiyməti sektorlara görə 1-5 AZN arasında dəyişir, VİP sektoruna isə 30 AZN-di.
1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11-13, 29, 38 və 14-18 nömrəli sektorlar – 5AZN
VİP – 30 AZN