Ölkə futbolu
"Samtredia" gəldi
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qara…
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olacaq Gürcüstanın “Samtredia” klubu Bakıya gəlib. Gürcülər Bakıdakı otellərin birində məskunlaşıb.
“Samtredia” "Azərsun Arena"da ilk məşqə də çıxıb. Sabah isə rəqib oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
Qeyd edək ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-ində baş tutacaq və saat 21.00-da başlayacaq.