Ölkə futbolu
"Neftçi"nin daha iki rəqibi dəqiqləşdi
"Neftçi”nin Bakı toplanışı çərçiv…
"Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" iyulun 15-də saat 11:00-da "Binə”, iyulun 19-da saat 18:00-da isə "Şüvəlan” klubu ilə qarşılaşacaq. Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.
Xatırladaq ki, "Neftçi” ilk yoxlama oyununu "Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.