Dünya futbolu
Espinoza La Liqa klubunda
İngiltərə Premyer Liqa təmsilçisi “Midlsbro”nun…
İngiltərə Premyer Liqa təmsilçisi “Midlsbro”nun müdafiəçisi Bernardo Espinoza karyerasını İspaniya La Liqasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, bu il La Liqaya vəsiqə qazanan “Jirona” kolumbiyalı futbolçunu heyətinə cəlb edib.
Bu barədə məlumatı debütantın rəsmi saytı yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.
28 yaşlı futbolçu son mövsümdə 16 oyunda şans qazanıb.